Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2020 16:50
16:49
Bakı metrosunda 3 stansiyanın fəaliyyəti dayanıb.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, bu gün saat 15:48-də Bakı metropoliteninə gələn elektrik xəttində elektrik cərəyanının verilməsində qısamüddətli fasilə yaranıb. Bütün xətlər üzrə elektrik cərəyanı bərpa edilsə də, yalnız "Həzi Aslanov" - "Xalqlar Dostluğu" sahəsində gələn elektirk enerjisinin dayanıqlığı olmadığına görə 3 stansiyanın fəaliyyəti dayandırılıb, sərnişinlər təxliyə olunur.
Hazırda tunellərdə qalan qatar yoxdur.
----------
16:30
Xəbər verdiyimiz kimi Bakının bəzi yerlərində işıqlar sönüb.
Sonxeber.net-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, Bakıda işıqların sönməsi metroya da öz təsirini göstərib. Metropolitenin Əhmədli stansiyasında tablolar, turniketlər fəaliyyətini dayandırıb, qatarlar tuneldə ilişib qalıb.
"Bakı Metroploliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədli bildirib ki, problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür:
"Metroda elektrik enerjisinin verilişində problem yaranıb, gərginlik səviyyəsi aşağı düşüb. Yəqin ki, problem bir neçə stansiyada müşahidə edilib. Hazırda dəqiqləşdirməyə çalışırıq.
Əlavə məlumat veriləcək.