Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2020 18:04
"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti Bakıda elektrik enerjisinin verilişində fasilənin yaranma səbəblərini açıqlayıb.
Sonxeber.net xəbər verir ki, Qurumun İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev Trend-ə bildirib ki, Bakının Suraxanı və Nizami rayonlarının bəzi ərazilərini əhatə edən yüksək gərginlikli xətdə baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilişində fasilə yaranıb.
Əməliyyat heyətinin operativ fəaliyyəti nəticəsində elektrik enerjisinin verilişi bərpa edilib.