Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2020 21:12
İnternet vasitəsilə fırıldaqçılıq edən şəbəkələrin sayı son bir ildə üç dəfə artıb. Gün ərzində bir çox insan fırıldaqçıların tələsinə düşür.
Sonxeber.net ted.az-a istinadən kiber fırıldaqçıların ən çox istifadə etdikləri üsullarını və müdafiə üçün nə etməli olduğunuzu bu yazıda təqdim edir.
1. Fişinq: Ən çox yayılmış internet fırıldaqçılıq üsulu "Fişinq" adlanır. Qanuni bir qurum olaraq davranan fırıldaqçı şəbəkələr saxta reklamlar vasitəsilə onlayn alış-veriş saytlarına və sosial media şəbəkələrinə tələ linklər verir. Bu linklərdən birinə vuran vətəndaş şifrəni hesaba daxil edərkən parol şəbəkənin əlinə keçir və şəbəkə hesabları boşaldır.
Müdafiə: Naməlum linklərə klikləməyin.
2. Viruslu e-poçt: Vətəndaşların poçt ünvanlarına viruslu mesaj göndərmə və şifrə oğurlamaq üsulu. Şəbəkələr bu şifrələrlə bank hesablarını boşalda bilər.
Müdafiə: Naməlum ünvandan gələn poçt və spamları açmayın
3. Şifrə soruşmaq: Şəbəkələr e-poçt və ya telefonla zəng vuraraq təhlükəsizlik riski olduğu yalanı ilə məlumatı götürüb hesabları boşaldırlar
Müdafiə: Heç kimlə parol paylaşmayın.
4. Sosial media hesabı oğurlamaq: Fırıldaqçılar sosial media hesablarını ələ keçirmiş vətəndaşlardan və ya qohumlarından pul istiyirlər.
Müdafiə: Ödəniş etməyərək prokurorluq və polisə əlaqə yaradın.
5. İnternet alış-verişlərində fırıldaqçı şəbəkələrlə işləyən saxta şirkətlər hesabdan icazəsiz pul çıxara bilirlər.
Müdafiə: Naməlum şirkətlərdən alış-veriş etməmək və ödəniş kartlarından başqa birinin istifadə etməsinə icazə verməmək
6. Alıcıdan pulu, satıcıdan məhsulu alıb ortadan yox ola bilərlər
Müdafiə: Kommersiya qeydiyyatı araşdırıldıqdan və məhsulu aldıqdan sonra ödəniş edin
7. Böyük qazanc vədi: İnternetdə yerləşdirilən elanda bir məhsulun satılması müqabilində yüksək ödəniş vəd edilir.
Müdafiə: Alış-verişdən əvvəl ətraflı araşdırma aparın.
8. Maç nəticələrini əvvəlcədən bilmə üsulu ilə edilən fırıldaqçılıq
Müdafiə: Qeyri-qanuni mərclərdən çəkinin.
9. Çarəsizlikdən faydalanma: İnternetdə yerləşdirilmiş reklamlarla borclarını ödəyə bilməyənlərə kömək etmək üçün yardım istənilə bilər
Müdafiə: Ünsiyyət qurmayın.