Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2020 21:40
ABŞ-ın Müdafiə Nazirliyi kibersferada hücum strategiyasına keçməyi təklif edib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu haqda departament rəhbəri Mark Esper mətbuat konfransı zamanı deyib.
M.Esper bildirib ki, ABŞ prezidenti Donald Trampın sözügedən nazirliyə yalnız kiber təhdidlərdən qorunmaq üçün deyil, əks hücuma keçmək üçün də lazımi səlahiyyət verib.
Çıxışında Rusiyanın əhəmiyyətli kiber imkanlarından da danışan Pentaqon rəhbəri bildirib ki, Rusiya bu imkanlarla ölkəni kənar virtual müdaxilədən qoruyur.
O, ötən həftə Gürcüstana edilən və Rusiyanın günahlandırıldığı kiberhücum mövzusuna da toxunub: "ABŞ Rusiya müdaxiləsinə qarşı Gürcüstana kömək etməyə hazırdır".