Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2020 23:44
Ölümcül koronavirus Çin iqtisadiyyatına ağır zərbə vurdu. İndi bütün dünya təhlükə altındadır...
Bu il koronavirus səbəbindən bütün dünya üzrə aviaşirkətlərə dəyən zərər 30 milyard dollar təşkil edib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu haqda The International Air Transport Association (Beynəlxalq Hava Transport Assosiasiyası) məlumat yayıb.
Məlumata görə, mövcud epidemiya Asiya Sakit okean regionlarının bilet qiymətlərini 13% ucuzlaşdıra bilər. Ucuzlaşma isə daşıyıcıların sözügedən regionda maliyyə itkilərini 27,8 milyard dollara çatdıracaq.
"Bu maliyyə itkiləri cari ildə 4,8% artım gözləyən yerli aviaşirkətlər üçün heç də ürəkaçan xəbər deyil", - deyə məlumatda qeyd olunub.
Mövcud hadisə daha çox Çin hava limanlarına təsir edəcək.
Assosiasiyanın prqonozuna görə, Asiya Sakit okean regionlarından kənar şirkətlərin itkisi isə 1,5 milyard dollar olacaq.