Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Masallıda arvadını və qaynını öldürən şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirildi

Masallıda arvadını və qaynını öldürən şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirildi

Tarix: 28 Fevral 2020 15:06

Masallı rayonunun Təzəkənd kəndində 2 nəfəri qətlə yetirən, özünü və qayınanasını güllələyən şəxs Masallı rayon Mərkəzi Xəstəxanasından Bakıya - 1 saylı Kliniki Tibbi Mərkəzə köçürülüb.

Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə Masallı rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilir ki, hadisəni törədən şəxs əməliyyat olunduqdan sonra Bakıya göndərilib: "Hadisəni törədən, 1988-ci il təvəllüdlü Ağayev Sarvan Azayxan oğlu özünü alt çənəsindən güllələyib. Nəticədə onun alt və üst çənəsi dağılıb, burnu qopmuşdu. Burada ilkin əməliyyat olunandan sonra xəstə 1 saylkı Kliniki Tibbi Mərkəzin üz-çənə cərrahiyyəsi şöbəsinə köçürüldü. Hadisə nəticəsində digər xəsarət alan 1977-ci il təvəllüdlü Nəbiyeva Zemfira Ələsgər qızının isə vəziyyəti normaldır. O bud nahiyəsindən qəlpəli yaralar almışdı. Qadının vəziyyəti normallaşdığı üçün reanimasiya şöbəsindən travmatologiya şöbəsinə köçürülüb".

Xatırladaq ki, fevralın 26-da Masallı rayonunun Təzəkənd kənd sakini, 1988-ci il təvəllüdlü Ağayev Sarvan Azayxan oğlu ov tüfəngi ilə keçmiş həyat yoldaşı, 1999-cu il təvəllüdlü Nəbiyeva Alimə Əli qızı, keçmiş qaynı, 1995-ci Nəbiyev Miralim Əli oğlunu və qayınanası, 1977-ci il təvəllüdlü Nəbiyeva Zemfira Ələsgər qızını güllələyib. Hadisə nəticəsində M.Nəbiyev və A.Nəbiyeva hadisə yerində dünyasını dəyişib, Z.Nəbiyeva isə ağır bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisədən sonra S.Ağayev özünü də güllələyib.

Faktla bağlı cinayət işi başlanıb, hadisəni törədən şəxs polis nəzarətinə götürülüb.


Etiketlər:  Masallıda arvadını qaynını öldürən şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ