Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəkidə evində meyiti tapılan şəxs ürək-ağciyər çatışmazlığından ölüb

Şəkidə evində meyiti tapılan şəxs ürək-ağciyər çatışmazlığından ölüb

Tarix: 28 Fevral 2020 18:30

Şəki şəhər prokurorluğu evdə tapılan meyitlə bağlı məlumat yayıb.

Sonxeber.net xəbər verir ki, Prokurorluqdan Trend-ə verilən məlumatda bildirilir ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Şəki şəhərində meyiti tapılan Y.Əliyevin üzərində zorakılıq əlamətlərinin aşkar olunması ilə bağlı əsassız məlumatlar yayılıb.

Həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.

Belə ki, yanvarın 25-də saat 02 radələrində Şəki şəhər sakini 1982-ci il təvəllüdlü Əliyev Yusif Yaşar oğlunun yaşadığı evdə vəfat etməsi barədə daxil olan məlumat əsasında məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib.

Yusif Əliyevin meyiti müayinə edilərkən üzərində hər hansı zorakılıq əlamətləri və ya xəsarət aşkar edilməyib.

Araşdırmalarla Y.Əliyevin yaşadığı evdə ürək-ağciyər çatışmazlığından vəfat etməsi müəyyən edilib.


Etiketlər:  Şəkidə evində meyiti tapılan şəxs ürək ağciyər çatışmazlığından ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ