Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2019 04:44
Bakı. Trend:
Cənubi Koreyada hidrogen yanacaq çəninin partlaması nəticəsində 2 nəfər ölüb, 6 nəfər isə yaralanıb.
Trend-in məlumatına görə, hadisə Kannın şəhərində yerli vaxtla 18:22-də baş verib.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Dağıntılar arasında adam aşkar olunmayıb. Yaralananlardan biri ağır xəsarətlər alıb.
Ölən və yaralananlar digər vilayətlərdən olan sahibkar və tədqiqatçılardır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin