Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Fevral 2020 14:20
"Nyukasl Yunayted"də koronavirus epidemiyasına görə ilkin tədbirlər görülməyə başlayıb.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, komandanın bazasında futbolçuların və işçilərin əllə görüşməsinə qadağa qoyulub.
Bu barədə Premyer Liqa təmsilçisinin baş məşqçisi Stiv Bryus məlumat verib. 59 yaşlı ingiltərəli mütəxəssis bildirib ki, bu addım virusun yayılmasının qarşısını almaq üçün atılıb.
Qeyd edək ki, Böyük Britaniyada koronavirusa yoluxanların sayı 19-a çatıb.