Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Fevral 2020 22:06
Bolqarıstan Türkiyə hökumətinin miqrantların Avropa İttifaqına üzv ölkələrə getmələrinə mane olmayacağı ilə bağlı qərarından sonra iki dövlət arasında sərhəddə nəzarəti gücləndirir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin Baş Naziri Boyko Borisov məlumat verib.
O, çoxlu sayda qaçqının Bolqarıstana daxil olmaq təhlükəsi ilə əlaqədar Türkiyə və NATO arasında danışıqların aparılmasının vacibliyini bildirib.
Qeyd edək ki, Türkiyənin qaçqınların Avropa İttifaqı məkanına daxil olmasının qarşısını almayacağı ilə bağlı qərarı həmsərhəd ölkələri təşvişə salıb. Həmin ölkələr sərhəd mühafizə tədbirlərini möhkəmləndirmək üçün əlavə tədbirlər görməyə başlayıblar.