Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2020 14:08
"İnter"in baş direktoru Cüzeppe Marotta A seriyası matçlarının təxirə salınmasına qarşıdır.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, o, bunun komandaların işini çətinləşdirəcəyini düşünür.
Marottanın fikrincə, mövsümü tamamlamamaq təhlükəsi yaşayırlar: "Vəziyyət hələ ki, heç də yaxşı idarə olunmur. Hər şey daha sürətli həll edilməli idi. Cümə günü A seriyası rəhbərliyi oyunların azarkeşsiz keçirilməsini qərara aldı, ancaq idman naziri buna qarşı çıxdı. Liqa prezidenti məsləhətləşmədən qərar verməkdə səhv etdi. Bu, qəbuledilməzdir. İndiki durum məni narahat edir. Digər oyunlar da təxirə salınır, biz mövsümü başa vurmamaq riski ilə üz-üzəyik. Turnir, onsuz da, güc itirir. Zədələr, cəzalar bir tərəfə, artıq hər kəs psixoloji gərginlik içindədir. Bu təxirəsalmalar gələcəkdə təqvimi sıxlaşdıracaq. Belə vəziyyətlərdə təqvimdə boş günlərin olması üçün komanda sayı 20-dən 18-ə azaldıla bilər".
Qeyd edək ki, "İnter"in bu gün "Yuventus"la keçirməli olduğu görüş ölkədə koronavirusun yayılması səbəbindən təxirə salınıb.