Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın bank sektorunda yüksək texnologiyalar geniş tətbiq olunur

Azərbaycanın bank sektorunda yüksək texnologiyalar geniş tətbiq olunur

Tarix: 2 Mart 2020 13:48

Azərbaycanın bank sektorunda yüksək texnologiyalar geniş tətbiq olunur və kibertəhlükəsizliyin təmin olunması üçün tədbirlər keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev ikinci beynəlxalq "Kibertəhlükəsizlik həftəsi" çərçivəsində deyib.

O bildirib ki, bu gün banklar qarşısında dayanan əsas hədəf müştəri xidmətlərinin maya dəyərinin azaldılmasıdır:

"Hazırda bank sektorunun iştirakçıları tərəfindən müxtəlif texnologiyaların tətbiqi üzrə cəhdlər göstərilir. Amma beynəlxalq qanunvericiliyin təsirini nəzərə alsaq, bu istiqamətdə müəyyən problemlər var. Hesab edirik ki, yeni strategiyaların hazırlanması prosesində hüquqi çərçivələr nəzərə alınmalıdır, biz bu problemin həllində dövlət strukturlarının dəstəyini gözləyirik".

Milli.Az


Etiketlər:  Azərbaycanın bank sektorunda yüksək texnologiyalar geniş tətbiq olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ