Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa qarşı ən yaxşı sipər

Koronavirusa qarşı ən yaxşı sipər

Tarix: 2 Mart 2020 22:15

Son vaxtlar gündəmi ən çox zəbt edən koronavirusun indiyədək altı növü qeydə alınıb. Hazırda dünyanı dolaşan virusun yeni növü (COVID-19) isə bu sahədə yeddinci sayılır.

Sonxeber.net bildirir ki, bu barədə AZƏRTAC-a məlumat verən pediatr-infeksionist Aytən Əkrəmqızı deyib: "Qızdırma ilə başlayan xəstəlik daha sonra quru öskürəklə müşahidə olunur. Bundan bir həftə sonra isə təngənəfəslik əmələ gəlir və bəzi hallarda xəstənin yataq rejimində müalicəsinə ehtiyac yaranır. Virus yeni olduğuna görə onun haqqında məlumatların çoxu xəstənin müalicəsi zamanı əldə edilir. Koronavirus qrupuna aid olan viruslar yüngül soyuqdəymədən ölümcül xəstəliklərə qədər müşahidə edilən simptomlara səbəb ola bilər.

Koronavirus əsasən özünü orta dərəcədə qızdırma və yuxarı tənəffüs yollarının infeksiyası kimi göstərir. Virusa yoluxan xəstədə baş-boğaz ağrısı, burun axması, öskürək kimi tənəffüs yolu problemləri ilə rastlaşmaq mümkündür. Xəstəlik qusma, bulantı, ishal və qarın ağrısı kimi mədə-bağırsaq problemlərinə də səbəb olur.

Yoluxmanın ən təhlükəli nəticəsi pnevmoniya və nəfəs çatışmazlığına səbəb olmasıdır. Koronavirus eyni zamanda SARS sindromuna da səbəb ola bilər. Belə halda virus daşıyıcısının reanimasiya şəraitində müalicə edilməsi vacibdir. Bundan başqa virusayoluxma böyrək çatışmazlığı ilə də müşahidə edilə bilər".
İnfeksiyadan qorunmağın ən yaxşı yolu güclü immun sisteminə malik olmaqdır. Həkim-infeksionist immun sisteminin zəifləməsi əlamətləri haqqında deyib: "Yorğunluq, halsızlıq, taqətsizlik hissi, il ərzində 7-8 dəfə hər hansı yoluxucu xəstəliklə üzləşmək və həmin xəstəliklərin uzunmüddətli müalicə tələb etməsi immun sisteminin zəifləməsinə dəlalət edir".

Ağır və yüngüllüyündən asılı olmayaraq hər kəs həmin virusdan qorunmağın yollarını bilməli və ona əməl etməlidir. Həkimin dediyinə görə, ən azı 1 dəqiqəyə qədər əllər sabunla yuyulmalıdır. Bundan başqa çirkli və yuyulmamış əllərlə ağız, burun və gözə toxunulmamalıdır. Çirkli və istifadə edilmiş maskalardan istifadə edilməsindən də çəkinmək lazımdır. Heyvan mənşəli məhsulların çiy və kifayət qədər yaxşı bişirilməmiş qəbul edilməsi də təhlükə mənbəyi rolu oynaya bilər.

Pediatr-infeksionist immunitetin möhkəmləndirilməsi ilə əlaqədar bəzi vacib məsləhətlər də verib: "Qidalanma zamanı meyvə-tərəvəzlərə üstünlük verilməsi, gün ərzində 2-3 litrə qədər maye qəbul edilməsi immun sistemini formalaşdırmağa doğru aparır. Bununla yanaşı idmanla məşğul olmaq, fiziki hərəkətlər edilməsi də immun sisteminin möhkəmlənməsinə kömək edir.

İmmun sisteminin aktivliyi üçün vacib olan ən vacib olan elementlərdən biri C vitaminidir. Ona görə də portağal, naringi, limon kimi sitrus meyvələrdən, yaşıl və qırmızı bibər, cəfəri, Brüssel kələmi, gül kələm, noxud və pomidor kimi tərəvəzlərdən çox istifadə etmək lazımdır".

Xatırladaq ki, koronavirusun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb. COVID-19 infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.


Etiketlər:  Koronavirusa qarşı yaxşı sipər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ