Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Baku Oil Service” Mərkəzində güclü yanğın olub - YENİLƏNİB - VİDEO - FOTO

“Baku Oil Service” Mərkəzində güclü yanğın olub - YENİLƏNİB - VİDEO - FOTO

Tarix: 3 Mart 2020 10:44

03.03.2020
09:59

Bakı şəhəri, Səbail rayonunda "Baku Oil Services"ə (BOS) məxsus ümumi sahəsi 500 m2 olan ikimərtəbəli inzibati binanın yanar konstruksiyaları 120 m2 sahədə yanıb. 

Milli.Az bildlirir ki, Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, binanın qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

----------------
02.03.2020
23:56

Bakının Səbail rayonu ərazisində Salyan şossesində yerləşən "Baku Oil Service" Mərkəzində yanğın baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ərazidə xidmət aparan Səbail Rayon Polis İdarəsinin Əlahiddə Çevik Polis Alayının əməkdaşları mərkəzdə alovun baş verdiyini görərək hadisə barədə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətinə məlumat verib.

Məlumat əsasında FHN-in 11 texnikası və canlı qüvvəsi əraziyə cəlb edilib.

Yanğının qarşısı alınıb, hazırda soyutma işləri aparılır.

Qeyd edək ki, yanğın nəticəsində mərkəzin 1-ci və 2-ci mərtəbəsinin yanar konstruksiyaları yararsız hala düşüb. 

Milli.Az


Etiketlər:  Baku Service Mərkəzində güclü yanğın olub YENİLƏNİB VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ