Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

5G ilə məlumatların ötürülmə sürətini iki dəfə artacaq

5G ilə məlumatların ötürülmə sürətini iki dəfə artacaq

Tarix: 3 Mart 2020 07:32

Koreyalı alimlər tərəfindən təqdim edilmiş yeni optik rabitə texnologiyası "5G" protokolu üzrə məlumatların ötürülmə sürətini iki dəfə artıracaq. Məsələn, sistem 100 QB tutuma malik 4K formatında videonu təxminən 4 saniyə ərzində ötürməyə imkan verəcək. Koreyanın Elektronika və Telekommunikasiyalar Elmi Tədqiqat İnstitutunun alimlərinin araşdırmasına görə, yeni texnologiya "5G" şəbəkələrində məlumat trafikinin yüklənməsi problemini həll etməyə imkan verəcək.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, yeni sistem məlumat ötürmə sürəti təxminən 200 Qbit/s olan yığcam optik qurğu formasında hazırlanıb. Qurğu bir iterasiya üçün iki bit məlumat göndərir və rabitə qovşaqları arasındakı məlumatları başqa lokal şəbəkələrə 80 km-dək məsafədə effektiv şəkildə ötürməyə imkan verir.


Etiketlər:  ilə məlumatların ötürülmə sürətini dəfə artacaq


RƏYLƏR