Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2020 14:56
Mitinqlərin bütün iştirakçıları kütləvi aksiyaların davranış qaydalarına riayət etməlidirlər, əks halda vəziyyət küçə iğtişaşlarına səbəb ola bilər.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti "TASS" agentliyinin "Vladimir Putinə 20 sual" layihəsi üçün verdiyi müsahibədə bildirib.
"Küçələrimizdə maşınların yandırılmasını istəyirikmi? Əgər reaksiya verməsək, yandıracaqlar. Pəncərələri sındıracaqlar və müəyyən insanlar bundan zərər çəkəcəklər", - Vladimir Putin icazəsiz mitinqlərlə bağlı yaranan vəziyyəti şərh edərkən bildirib.
Bundan əlavə, icazəsiz aksiyalarda iştirak etməyə görə həbslərdən danışan Putin qeyd edib ki, bir sıra ölkələrdə azadlıqdan məhrumetmə müddəti kiçikdir. Lakin, məsələn, İsveçdə buna görə həbs cəzası 5 ildən 10 ilədək ola bilər.
"Bizdə bu yoxdur", - Putin qeyd edib.
Xatırladaq ki, 2019-cu ilin yayında Moskvada bir neçə kütləvi etiraz aksiyası keçirilmişdi. Bir çoxu razılaşdırılmamış olan aksiyalarda iştirakçılar saxlanılaraq məsuliyyətə cəlb olunmuşdu.