Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2020 23:04
ABŞ Ukraynaya kibertəhlükəsizlik üçün daha səkkiz milyon dollar ayıracaq
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın dövlət departamenti xəbər verib.
"Ukraynada kibertəhlükəsizliyin dəstəklənməsinə daim sadiqlik əlaməti olaraq, Birləşmiş Ştatlar Dövlət Departamenti 2017-ci ildə vəd edilmiş 10 milyondan əlavə daha 8 milyon dollar ayırdığını bildirir. Bu maliyyələşmənin bir hissəsi ABŞ-ın Beynəlxalq Kibertəhlükəsizliyin İnkişaf Agentliyinin yeni layihəsinin dəstəklənməsinə yönəldiləcək. Layihədə dörd il ərzində Ukraynanın kibertəhlükəsizlik sahəsinin imkanlarını gücləndirmək, qanunvericilik və tənzimləyici islahatları dəstəkləmək, kadrların hazırlanması və özəl sektorun cəlb edilməsi üçün 38 milyon dollara qədər sərmayə yatırılacaq", - departamentin məlumatında deyilir.