Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2020 23:48
Redmi brendi artıq K30 Pro flaqman smartfon modelinin ön panelinin dizaynını sərgiləyib və onun təqribi təqdimat tarixini açıqlayıb. Bu səbəbdən də istifadəçilər Redmi K30 Pro-nun hansı qiymətə satılacağı barəsində suallar verməyə başlayıblar. Redmi brendinin rəhbəri olan Liu Weibing isə istifadəçilərin bu sullarına fikir bildirib.
Sonxeber.net technote.az-a istinadən bildirir ki, Çinin Weibo soail şəbəkəsində istifadəçilərin Redmi K30 Pro smartfon modelinin qiyməti barəsində qızğın müzakirələrinə Redmi brendinin rəhbəri nöqtə qoymağa qərar verib. Öz səhifəsində o bunları qeyd edib: "Redmi K30 Pro modeli Snapdragon 865 əsaslı smartfonun büdcəli versiyası heç zaman olmayacaq. Bu əsl flaqman smartfon olacaq". İstifadəçilərdən birinin smartfonun 427$-a satılıb-satılmayacağı sualına Liu Weibing cavab olaraq "Daha da irəli gedin" bildirib. Görünür, Pro versiyanın qiyməti adi Redmi K30-un qiymətindən qat-qat baha olacaq. Qeyd etmək lazımdır ki, smartfon gələn ay təqdim olunacaq