Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 11:00
Hazırda dünyada koronavirus infeksiyasına yoluxmaq təhlükəsi olmasına baxmayaraq, Prezident İlham Əliyevin bölgələrə səfərlər etməsi, insanlarla təmasda olması Prezidetin daim xalqının yanında olmasının daha bir göstəricisidir.
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.
C.Osmanov bildirib ki, Prezident İlham Əliyev belə bir həssas dönəm də regionlara səfərini təxirə salmadı, Goranboy, Şəmkir və Qazax rayonlarında oldu, müxtəlif obyektlərin açılışında iştirak etdi, ictimaiyyət nümayəndələri ilə görüşdü:
"Bu gün koronovirusa görə dünyada bir qorxu var. Beynəlxalq kütləvi tədbirlər təxirə salınır, dövlət başçıları, dövlət və hökumət nümayəndələri səfərlərini təxirə salır. Prezident İlham Əliyev ən çətin, təhlükəli anlarda xalqın yanında, insanların arasında olub. Cənab Prezidentin bu addımı bir daha göstərdi ki, ölkənin regionlarında vəziyyət, insanların problemlərinin həlli dövlət başçısı üçün prioritet təşkil edən məsələdir".
Deputat vurğulayıb ki, bu gün Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər görülür:
"Bildiyiniz kimi koronavirus təhlükəsi yaranan andan dövlət tərəfindən təxirəsalınmaz tədbirlər görüldü, virusun yayıldığı qonşu İrandan gələn insanlar karantinə alındı, həmçinin İranla sərhəddə məhdudiyyət qoyuldu. Bu gün Azərbaycan virusun aşkar edilməsi, yayılmasının qarşısının alınması üçün bütün imkanlara malikdir".