Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 13:30
Hindistan hökuməti ölkəyə səfər edən italiyalı turistlərdə koronavirus şübhəsi aşkar edib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, İtaliyadan gəlmiş 23 nəfərdən ibarət qrup fevralın 21-də Dehliyə gəlib.
Daha sonra onlar bir neçə şəhərə səyahət edib. Fevralın 28-də onlardan bir neçəsi özünü pis hiss etməyə başlayıb. Aparılan analizlər nəticəsində 14 italiyalı və bir hindistanlı karantinə yerləşdirilib.
Onların analizləri daha dəqiq tədqiqat üçün Milli Virusologiya İnstitutuna göndərilib.