Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təxirə salınan “Mançester Siti” – “Arsenal” oyununun vaxtı bilindi

Təxirə salınan “Mançester Siti” – “Arsenal” oyununun vaxtı bilindi

Tarix: 4 Mart 2020 14:28

İngiltərə Premyer Liqasının 28-ci turundan təxirə salınan “Mançester Siti” – “Arsenal” matçının keçirilmə vaxtı məlum olub.

Qol.az xəbər verir ki, bu barədə “Mançester Siti”nin mətbuat xidməti məlumat yayıb. Martın 11-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.

Premyer Liqanın 28-ci turunun martın 1-də keçirilməli olan  “Mançester Siti” – “Arsenal” oyunu “şəhərlilər”in İngiltərə Liqa kubokunun finalı çərçivəsində “Aston Villa” ilə matçının olması səbəbindən təxirə salınmışdı.

 


Etiketlər:  Təxirə salınan Mançester Siti Arsenal oyununun vaxtı bilindi


RƏYLƏR