Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 18:20
Türkiyəli mütəxəssis Abdullah Avcı ilə Azərbaycan millisinin "sükanı arxasına" keçmək məsələsində razılığa gələ bilməyən AFFA, diqqətini "Fənərbaxça"nın baş məşqçi postundan ayrılan Ərsun Yanala çevirib.
Sonxeber.net komanda.az-a istinadən xəbər verir ki, bu barədə "Hürriyet" nəşri məlumat yayıb. Xəbərdə, AFFA rəhbərliyinin yaxın günlərdə Ərsun Yanalla əlaqə quracağı bildirilib. AFFA-nın türk mütəxəssisə milli komandanın baş məşqçi postu üçün rəsmi təklifini bildirəcəyi gözlənilir.
Türkiyə mətbuatı bir müddət əvvəl də Yanalın adını Azərbaycan milli komandasıyla yanaşı hallandırırdı.