Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kloppdan koronavirus sualına gülməli cavab

Kloppdan koronavirus sualına gülməli cavab

Tarix: 4 Mart 2020 20:10

"Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə kubokunun 1/8 finalında "Çelsi" ilə görüşdən (0:2) sonra jurnalistin koronavirusla bağlı sualını cavablandırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis bu cür məsələlərdən anlayışının olmadığını deyib:

"Qulaq asın, futbol məqçisinin həyati əhəmiyyətli vacib şeylərdən danışmağını xoşlamıram. Mən bunları sadəcə başa düşmürəm. Məşhur insanların bu haqda nəsə deməyinin əhəmiyyəti yoxdur. Məsələyə düzgün yanaşmaq lazımdır. Mənim kimi bilgisi olmayanlar bu məsələni müzakirə etməməlidir.

Bu haqda futbol məşqçiləri yox, onun mütəxəssisləri danışmalıdır. Mənim siyasətdən, koronavirusdan anlayışım yoxdur. Niyə mənə belə sual verilir? Mən ki, beyzbol papağı taxan, saqqallı səliqəsiz biriyəm".

Milli.Az


Etiketlər:  Kloppdan koronavirus sualına gülməli cavab


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ