Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Novxanı sakinindən marixuana götürüldü

Novxanı sakinindən marixuana götürüldü

Tarix: 4 Mart 2020 20:20

Narkotiklərin qansuz dövriyyəsində şübhəli bilinən Novxanı qəsəbə sakini Ə.Qurbanov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Abşeron rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Novxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ə.Qurbanov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 kiloqram 40 qram marixuana aşkar edilərək götürülüb.

Milli.Az


Etiketlər:  Novxanı sakinindən marixuana götürüldü


RƏYLƏR