Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 21:20
Yunanıstan polisi ölkə sərhədini qeyri-qanuni keçmək istəyən miqrantları uzaqlaşdırmaq üçün mavi rəngli boyadan istifadə edirlər. Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, artıq dördüncü gündür ki, Evros bölgəsində vəziyyət gərgindir. Miqrantlar sərhədi keçməyə can atır, yunan mühafizə orqanları isə onlardan kimyəvi vasitələrlə qorunurlar. Mavi rəngli boya sərhədi qeyri-qanuni keçmək istəyən miqrantların tezliklə müəyyənləşdirilməsi məqsədilə onların üzərinə səpilir.
Türkiyənin qaçqınların Avropaya keçmələrinə mane olmayacağını elan edəndən sonra minlərlə miqrant Yunanıstan ilə sərhədə üz tutub.