Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

32 ildən sonra finalda - “Real-Sosyedad”

32 ildən sonra finalda - “Real-Sosyedad”

Tarix: 5 Mart 2020 08:08

İspaniya kubokunda ilk finalçı müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, "Real-Sosyedad" həlledici görüşə vəsiqə qazanıb.

Finalçı aşağı liqa təmsilçisi "Mirandes"i mübarizədən kənarlaşdırıb. Evdə 2:1 hesablı qələbə qazanan "Real-Sosyedad" səfərdə də minimal hesabla qalib gəlib. Sonuncu dəfə 1987/88 mövsümündə kubokun finalına yüksələn San-Sebastyan təmsilçisi 32 illik həsrətə son qoyub. 

Qeyd edək ki, aprelin 18-dəki finalın ikinci iştirakçısı martın 5-də baş tutacaq "Qranada" - "Atletik" matçında bəlli olacaq. İlk görüşdə Bilbao təmsilçisi 1:0 hesabı ilə qələbə qazanıb.

İspaniya kuboku
Yarımfinal, cavab oyunu
4 mart
"Mirandes" - "Real-Sosyedad" - 0:1

Oyarzabal, 41 (pen.)
İlk oyun - 1:2

Milli.Az


Etiketlər:  ildən sonra finalda Real Sosyedad


RƏYLƏR