Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2020 09:14
Almaniya aviaşirkəti Lufthansa, eyni zamanda ona məxsus Austrian Airlines, SWISS və Brussels Airlines, koronavirusun yeni bir növü yayılması səbəbindən 150 təyyarəsini istismardan çıxarır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bütün "Lufthansa Group"un aviaparkında 770 təyyarə var. Beləliklə, məhdudiyyətlər demək olar ki, onun beşdə birinə təsir göstərəcək.
Qeyd edilib ki, 125 yaxın və orta magistrallı layner və 25 uzaq magistrallı laynerlər istismardan çıxarılacaq.