Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Xiaomi” daxili qızdırıcıya malik “ağıllı” lampa təqdim edib

“Xiaomi” daxili qızdırıcıya malik “ağıllı” lampa  təqdim edib

Tarix: 5 Mart 2020 14:18

“Xiaomi” şirkəti özündə eyni anda iki cihazın xüsusiyyətlərini birləşdirən qurğularının çeşidini genişləndirib. Şirkət “ağıllı” tavan lampasına güclü qızdırıcı quraşdırıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “ağıllı” lampa açıq spiralla təchiz edilmiş ənənəvi modellərlə müqayisədə havanı qurutmayan infraqırmızı qızdırıcı elementlə təchiz edilib. İstehsalçının məlumatına görə, yeni qızdırıcı işə salındıqdan 3 saniyə sonra istilik yaymağa başlayır. Cihazın korpusu təxminən 400 °C temperaturda öz formasını dəyişməyən istiliyə davamlı plastikdən işlənib hazırlanıb. Yeni cihazı mobil proqram və ya “XiaoAI” səs köməkçisinin köməyi ilə idarə etmək mümkündür.

 

Yeni qurğu iki modifikasiyada əlçatandır. Kvadrat korpusda hazırlanmış versiyanın ölçüsü 60 x 60 x 12 sm təşkil edir, işıq diodu panelinin gücü 80 vatt, qızdırıcı elementdə isə 1000 vattdır. Düzbucaqlı model (ölçüsü 90 x 60 x 12 sm) 120 və 1300 vattlıq işıq diodu massivi ilə təchiz edilib.

 

Emil Hüseynov




Etiketlər:  Xiaomi daxili qızdırıcıya malik ağıllı lampa təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ