Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2020 19:00
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında "Tbilisi-Bakı" sərnişin qatarı ilə Gürcüstandan gələn Azərbaycan Respublikasının 3 vətəndaşının əl yükünə baxış keçirilib.
Dövlət Gömrük Komitəsindən Sonxeber.net-a verilən məlumata görə, bu zaman sərnişinlərdən ikisinin üst geyimlərinin ciblərində 9 ədəd "İphone 11 Pro" və 5 ədəd "Samsung Galaxy Fold" markalı mobil telefonlar, gömrük nəzarətinə təqdim edilən, üzərində "Play Station 4" və "Eurolux" yazılan qutuların içərisindən isə 3 ədəd "İphone watch" markalı saat, 6 ədəd "İphone Airpods" markalı qulaqlıq, eləcə də içərisində qulaqlıq və yükləyicilər olan 4 ədəd "Samsung Galaxy Z Flip" markalı mobil telefonlara məxsus qutu aşkarlanıb.
Əməliyyat məlumatının davamı olaraq həmin qatarın digər kupesində olan sərnişinin üst geyiminin ciblərindən isə 4 ədəd "Samsung Galaxy Z Flip" markalı mobil telefon, içərisində 1 ədəd qulaqlıq, 1 ədəd yükləyici olan 27 ədəd "İphone", içərisində 1 ədəd yükləyici, 1 cüt bluetooth qulaqlıq olan 5 ədəd "Samsung Galaxy" Fold" markalı mobil telefonlara məxsus qutular aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.