Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2020 19:26
"Barselona" qapıçısı Mark-Andre Ter Ştegenlə bağlı qərarını verib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, Kataloniya klubu 27 yaşlı futbolçu ilə müqavilənin müddətini uzatmaq niyyətindədir. Almaniyalı "çərçivə qoruyucusu"nun da Kataloniya klubu ilə yeni müqavilə imzalamaq istədiyi bildirilir. Barcelona-nın tezliklə futbolçu ilə daha yaxşı şərtlərlə uzunmüddətli müqavilə imzalayacağı deyilir.
Bir müddət əvvəl futbolçunun adı bir neçə klubla yanaşı çəkilsə də, katalonların qapıçı üçün 180 milyon avro tələb etməsi səbəbiylə transfer baş tutmamışdı.
2014-cü ildən "Barselona"da çıxış edən Ter Ştegenin hazırkı müqaviləsi 2022-ci ilədək nəzərdə tutulur.