Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2020 19:44
Koronavirusun Avropada ən çox yayıldığı İtaliyada futbol yarışları ilə bağlı yekun qərar qəbul olunub.
Sonxeber.net sport24.az-a istinadən xəbər verir ki, bu ölkənin idman naziri Vincentso Spadafora A Seriyasının və klubların rəhbərləri ilə görüşərək, mövcud vəziyyəti müzakirə edib.
Aparılan müzakirələrdən sonra A Seriyasında bütün oyunların azarkeşsiz keçirilməsinə qərar verilib. Beləliklə, İtaliya çempionatında bütün qarşılaşmalar aprelin 3-nə qədər boş tribunalar önündə keçiriləcək.
Xatırladaq ki, A Seriyasında son iki turun əksər qarşılaşmaları, həmçinin İtaliya kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmaları təxirə salınıb. Bu ölkədə virusa yoluxanların sayı 2 mindən çoxdu, azı 79 nəfər isə dünyasını dəyişib.