Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zükerberq fərdi məlumatlarını ona etibar edən insanları axmaq adlandırıb?

Zükerberq fərdi məlumatlarını ona etibar edən insanları axmaq adlandırıb?

Tarix: 5 Mart 2020 22:48

Feysbuk sosial şəbəkəsinin təsisçisi Mark Zükerberq fərdi məlumatlarını ona etibar edən insanları axmaq adlandırıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu haqda milyarderin internetə sızıdırılmış yazışmasında deyilir.

Ötən günlərdə jurnalist Stiven Levinin "Facebook: The Inside Story" kitabı satışa çıxarılıb. Kitabda Mark Zükerberqin öz məkrli planları üçün insanların fərdi məlumatlarını necə istifadə etməsindən bəhs olunur. Bundan sonra sosial şəbəkələrdə böyük qalmaqal yaranıb. İstifadəçilər mövzu ilə bağlı xatırladıblar ki, təxminən 10 il əvvəl Zükerberqin internetə sızıdırılmış yazışmasında o, fərdi məlumatlarını onlara etibar edən şəxsləri axmaq adlandırıb.

Yazışmanın tərcüməsini təqdim edirik:

"Əgər sənə nə zamansa, Harvard Universitetində kim haqqındasa informasiya lazım olsa, sadəcə məndən soruş. 4 mindən çox istifadəçinin elektron məktubu, şəkili, ünvanı və mesajı məndə var... İnsanlar özləri bu məlumatları mənə verməkdə maraqlıdırlar. Bunun səbəbini hələ də anlamıram. Onlar mənə inanır axmaqlar".

Qeyd edək ki, bu hadisə Levinin kitabında yer almayıb.


Etiketlər:  Zükerberq fərdi məlumatlarını etibar edən insanları axmaq adlandırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ