Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2020 17:20
Müğənni Samirə Allahverdi AzTV-də yayımlanan "Gün başladı" proqramında qonaq olub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, veriliş zamanı hobbinin peşəyə çevirilməsi barədə müzakirə aparılıb. Bu zaman S.Allahverdi fikirləri ilə qonaqların diqqətini çəkib.
O, sənəti və hobbilərindən söz açaraq bunları deyib:
"Mənim sənətim istəyimdir, bacardığım işdir, çatdıra bilmədiyim hisslərdir. Anam deyirdi ki, həkim ol. Əlimdə bir iynəni tuta bilmirəmsə, necə həkim olum? Hazırda hobbim ingilis dilini öyrənməkdir, idmandır. Bunlar həyatımın bir hissəsidir. Hobbi başqadır, sənət başqa. Beş il sonra gülçü, yaxud balıqçı ola bilərəm. Hobbim hər il dəyişə bilər. Amma işim dəyişmir, daxilimdədir və özümünküdür".