Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Birinci dəfə idi çəkirdim, birdən qapı döyüldü” - Qardaşını görüb ürəyi gedən əməkdar artist - VİDEO - FOTO

“Birinci dəfə idi çəkirdim, birdən qapı döyüldü” - Qardaşını görüb ürəyi gedən əməkdar artist - VİDEO - FOTO

Tarix: 6 Mart 2020 18:30

ARB TV-nin "Hüseynova bacıları" verilişinin növbəti qonağı əməkdar artist Ruhangiz Allahverdiyeva olub.

Milli.Az bildirir ki, Xalq artisti, qardaşının qorxusundan ürəyinin getməsindən danışıb:

"Çoxunun ana-atası buraxmırdı, amma Ceyran müəllimənin xətrinə icazə verirdilər. 2 gündən bir qardaşım yox getmiyəcək, yox oxumayacaq deyirdi. Ceyran müəllimə qardaşıma deyirdi ki, belə etmə, istedadlıdır, olmaz. 5 gün oxumağa buraxırdı, sonra deyirdi ki, yox oturacaqsan evdə, getməyəcəksən heç yerə.

Bir hadisə də danışım. Bir gün Neftçalada konsertdəyik. O vaxt başqa cür idi, heç vaxt üzümə-gözümə çəkməmişəm. Otaqda Kamalə Rəhimli ilə birlikdəydim. Konsertə hazırlaşırdıq. Dedim ki, qoy mən də gözümə biraz çəkim də, nə olar?! Onsuz da burada qardaşım yox, heç kim yox, kim biləcək ki? Karandaşı çəkib güzgüdə özümə baxırdım ki, bir də gördüm qapı döyüldü. Kəmalə dedi ki, dur aç qapını. Qapını açdım, qardaşımı görən kimi ürəyim getdi".

Milli.Az


Etiketlər:  Birinci dəfə çəkirdim birdən qapı döyüldü Qardaşını görüb ürəyi gedən əməkdar artist VİDEO FOTO


RƏYLƏR