Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ötən il Azərbaycanda 65 nəfər yanğın və partlayışlarda həlak olub

Ötən il Azərbaycanda 65 nəfər yanğın və partlayışlarda həlak olub

Tarix: 6 Mart 2020 21:00

2019-cu il ərzində Azərbaycanda baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 2319 olub.

Fövqəladə Hallar Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, yanğın hadisələri zamanı 53 nəfər həlak olub, 232 nəfər xəsarət alıb, bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 30 nəfər və ya 36% azdır, xəsarət alanlar üzrə 67 nəfər və ya 41% çoxdur.

Bundan əlavə 2019-cu il ərzində respublika ərazisində 73 partlayış hadisəsi baş verib ki, bu da 2018-ci il ilə müqayisədə 4 hadisə və ya 6% çoxdur. Partlayışlar zamanı 12 nəfər həlak olub, 103 nəfər xəsarət alıb.


Etiketlər:  Ötən Azərbaycanda nəfər yanğın partlayışlarda həlak olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ