Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2020 08:38
İtaliyada bazar ertəsindən bəri 49 nəfər koronavirusdan ölüb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Mülki müdafiə xidmətinin rəhbəri Ancelo Borrelli brifinqdə bildirib.
Beləliklə, ölkədə virusa yoluxmadan ölənlərin ümumi sayı 197 nəfərə çatıb.
Ölənlərin 62-95 yaşı aralığında olduğu bildirilir. Ölümlərin çoxu Lombardiyanın şimalında qeydə alınıb - 135 hadisə. Gündə ümumi yoluxmanın sayı demək olar ki, 800-ə qədər artaraq (ölənlər də daxil) 4636 nəfərə olub.
Borrelli bildirib ki, son bir gündə daha 109 nəfər sağalıb, onların ümumi sayı 523 nəfərdir.