Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maskadan istifadə edərkən bunları bilmək VACİBDİR

Maskadan istifadə edərkən bunları bilmək VACİBDİR

Tarix: 7 Mart 2020 23:15

Son günlər tibbi maskalara tələbat artıb. Koronavirus təhlükəsi ilə bağlı bu gün insanların bir çoxu bu maskalardan istifadə edir. Bəs tibbi maskalardan istifadə qaydalarını hər kəs bilirmi? Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi maskalardan düzgün istifadə qaydalarını açıqlayıb.

Sonxeber.net həmin qaydaları nəzərinizə çatdırır:

Ağız və burnunuzu maska ilə bağlayın,  üzünüzlə maska arasında boşluq olmadığına əmin olun

Maskadan istifadə edərkən ona toxunmayın, əgər toxunacaqsınızsa, əllərinizi spirt əsaslı məhlulla təmizləyin və ya sabun və su ilə yuyun

Maska nəm olarsa, onu yenisi ilə əvəzləyin, təkistifadəlik maskaları yenidən istifadə etməyin

Maskanı necə çıxarmalıyıq?

İplərindən tutaraq çıxarın (maskanın ön hissəsinə toxunmayın) dərhal qapalı zibil qutusuna atın

Əllərinizi spirt əsaslı məhlulla təmizləyin və ya sabun və su ilə yuyun
Maska taxmazdan öncə əllərinizi spirt əsaslı məhlulla təmizləyin və ya sabun və su ilə yuyun


Etiketlər:  Maskadan istifadə edərkən bunları bilmək VACİBDİR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ