Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''AGF Junior Trophy'' Beynəlxalq Turnirinin fərqli alətlərdə qaliblərinin mükafatlandırma mərasimi keçirilib - FOTO

''AGF Junior Trophy'' Beynəlxalq Turnirinin fərqli alətlərdə qaliblərinin mükafatlandırma mərasimi keçirilib - FOTO

Tarix: 8 Mart 2020 14:12

Bakıda Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə birinci "AGF Junior Trophy" Beynəlxalq Turnirinin sərbəst hərəkətlərdə, dəstəli at üzərində hərəkətlərdə və halqalarla hərəkətlərdə qalibləri və mükafatçılarının mükafatlandırma mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, sərbəst hərəkətlərdə birinci yeri ukraynalı gimnast İvan Sevruk, ikinci yeri azərbaycanlı gimnast Mənsum Səfərov, üçüncü yeri isə Gürcüstan təmsilçisi Daçi Dolidze tutublar.

Qaliblərə və mükafatçılara mükafatları Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinin üzvü Mariana Vasileva, beynəlxalq dərəcəli hakim Əhməd Ağayev və Azərbaycan Gimnastika Federasiyasının meneceri Şəfiqə Yolçuyeva təqdim ediblər.

Dəstəli at üzərində hərəkətlərdə qızıl medalı ukraynalı idmançı Radomir Stelmax, gümüş medalı Gürcüstan təmsilçisi Daçi Dolidze, bürünc medalı isə digər ukraynalı gimnast Mikita Melnikov qazanıblar.

Qaliblərə və mükafatçılara mükafatları Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə, Azərbaycan Gimnastika Federasiyasının meneceri Rəşid Məmmədov və yarışların təşkilat komitəsinin üzvü Rövşən Qurbanov təqdim ediblər.

Halqalarla hərəkətlərdə birinci yeri ukraynalı gimnast Vladimir Kostyuk, ikinci yeri azərbaycanlı gimnast Mənsum Səfərov, üçüncü yeri isə Türkiyə təmsilçisi Kərəm Şener tutublar.

Qaliblər və mükafatçılara mükafatları yarışların katibi Nigar Mirzəyeva, Azərbaycan Gimnastika Federasiyasının menecerləri Həşim Hüseynov və Elmira Əliyeva təqdim ediblər.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə "1-ci AGF Junior Trophy" adlı beynəlxalq turnir təşkil edir. Milli Gimnastika Arenasında keçiriləcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.

"AGF Junior Trophy" 27-31 may tarixində elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayır.

Milli.Az


Etiketlər:  Junior Trophy Beynəlxalq Turnirinin fərqli alətlərdə qaliblərinin mükafatlandırma mərasimi keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ