Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda zəlzələ olub

İranda zəlzələ olub

Tarix: 8 Mart 2020 16:30

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Sərdəşt rayonunda 4,8 bal gücündə zəlzələ baş verib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 13:17-də 9 km dərinlikdə qeyd alınıb.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, 23 fevralda İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələdə 109 nəfər yaralanıb.


Etiketlər:  İranda zəlzələ olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ