Tarix: 8 Mart 2020 18:16
Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün rekordu qeydə alınıb. Qol.az xəbər verir ki, “Qəbələ” ən böyükhesablı ev qələbəsinin müəllifi olub. Bu, 20-ci turun “Sumqayıt”la görüşünə təsadüf edib.
5:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” cari mövsümdə öz meydanında 5 qol vuran və 5 top fərqlə qələbə qazanan ilk komanda olub. Bunadək rekord “Keşlə”yə məxsus idi. Paytaxt təmsilçisi bu il fevralın 22-də keçirilən 18-ci turun oyununda “Zirə”nin qapısından 4 top keçirib.
Qeyd edək ki, ümumilikdə mövsümün rekordu “Qarabağ”a məxsusdur. Ağdam klubu səfərdə “Zirə”ni 6:0 hesabı ilə məğlub edib.