Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlon Mask F-35-ləri tənqid etdi: Dronlara qarşı şansı yoxdur

İlon Mask F-35-ləri tənqid etdi: Dronlara qarşı şansı yoxdur

Tarix: 8 Mart 2020 23:52

SpaceX və Tesla-nın qurucusu İlon Mask ABŞ-ın ən bahalı, ən müasir döyüş təyyarəsi olan F-35-lərlə bağlı maraqlı açıqlamalarla gündəmə gəlib.

Milli.Az ted.az-a istinadən bildirir ki, İ.Mask F-35-lərin insanlar tərəfindən idarə edilən dronlara qarşı şansı olmayacağını iddia edib.
Təxminən 1 trilyon dollardan artıq büdcə ilə inkişaf etdirilən F-35-lər 2015-ci ildən bəri ABŞ ordusunun arsenalında yer alıb.
İ.Musk Tvitterdə F-35-lərin dronlara qarşı müdafiəsiz olduğunu iddia edib: "Rəqib insan tərəfindın məsafədən idarə edilən, manevr xüsusiyyətləri artırılmış bir pilotsuz uçan aparat ola bilər. Sözügedən situasiyada F-35-in şansı olmayacaq".

O, daha öncə də ABŞ Hava Qüvvələri konfransında hava döyüşlərində inqilab yarada biləcək ideyalarla bağlı suala döyüş təyyarələri çağından söz açmağın mənasız olacağı cavabını vermişdi.

"Aviation Week" jurnalının Pentaqon redaktoru Li Hadson İ.Mask-ın yuxarıda qeyd edilən sözlərini xatırladaraq yeni təyyarə inkişaf etdirmə proqramı olan NGAD haqqında təkrar düşünmək lazım gəldiyini qeyd edib.

Bütün bunlardan sonra F-35 pilotlarının bir çox həyati risk daşıyan problemlə qarşılaşdıqları ortaya çıxıb.

Defense News dərgisinin yayımladığı sənədlərə görə, F-35 pilotları göyərtədə meydana gələn yüksək təzyiq ucbatından qulaq və sinus ağrıları yaşayırlar. Bundan başqa, böyük sürət zamanı F-35-lərin fiziki xəsər aldığı da iddialar arasındadır. Bu döyüş təyyarələrinin soyuq hava şəraitində də problemlə qarşılaşdığı bildirilir.

Milli.Az


Etiketlər:  İlon Mask ləri tənqid etdi Dronlara qarşı şansı yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ