Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2020 18:24
"Barselona" Leionel Messiyə yeni müqavilə təklif etməyə hazırlaşır.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu argentinalı hücumçunun sözləşməsini 2023-cü ilədək uzatmaq niyyətindədir. Messi yeni müqaviləni qəbul edərsə, illik qazancı 50 milyon avro olacaq.
Qeyd edək ki, L.Messinin "Barselona" ilə hazırkı sözləşməsi 2021-ci ilin yayına qədərdir.