Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransanın mədəniyyət nazirində koronavirus aşkar olunub

Fransanın mədəniyyət nazirində koronavirus aşkar olunub

Tarix: 10 Mart 2020 07:16

Fransanın mədəniyyət naziri Frank Riester koronavirusa yoluxub.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə "France-Presse" agentliyi nazirliyin nümayəndəsinə istinadən bildirib.

Bildirilib ki, nazirin test nəticələri müsbət olub. Nazirlik nümayəndəsi deyib ki, test infeksiya əlamətlərinin təzahüründən sonra edilib.

Onun sözlərinə görə, hazırda F.Riester Parisdə öz mənzilindədir və özünü yaxşı hiss edir.

Qeyd edək ki, son məlumatlara görə, Fransada koronavirusa yoluxanların sayı 1412 nəfərə çatıb, 25 nəfər ölüb.


Etiketlər:  Fransanın mədəniyyət nazirində koronavirus aşkar olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ