Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2020 10:30
Türkiyə Azərbaycanla nəqliyyat infrastrukturu ilə bağlı əməkdaşlıq edəcək.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Nəqliyyat və İnfrastruktura Nazirliyindən bildiriblər.
Nazirlikdən qeyd ediblər ki, əməkdaşlıq çərçivəsində Azərbaycanda ödənişli avtomobil yollarının və müasir ödəniş sisteminin yaradılması məqsədilə Türkiyə təcrübəsinin öyrənilməsi nəzərdə tutulur.
"Bütün bunlarla yanaşı, əməkdaşlıq çərçivəsində yol tikintisi layihələrində investisiyaların yatırılması da nəzərdə tutulur", - deyə nazirlikdən bildiriblər.
Qeyd olunub ki, adı gedən sahə üzrə əməkdaşlıq 2020-2025-ci illəri əhatə edəcək.
Nazirlikdən o da qeyd olunub ki, Azərbaycan və Türkiyə arasında hava, quru, dəniz və dəmir yolu nəqliyyatına dair əvvəllər imzalanan sazişlərin müddəalarını saxlamaqla, sadalanan mövzularda əməkdaşlığı daha da inkişaf etdirmək nəzərdə tutulur.