Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2020 23:44
Çindəki mərkəzlərini və filiallarını bağlayan texnologiya nəhəngləri sırasına Kaspersky şirkəti də daxil oldu.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, artıq şirkətin Çindəki əməkdaşları məsafədən işləyəcəklər.
"Kaspersky Lab-ın COVID-19 epidemiyasına görə, Çindəki ofisi bağlanılıb. Həmin müəssisənin əməkdaşları evdən onlayn şəkildə çalışacaqlar. Şirkət olaraq, tövsiyə edirik ki, virus təhlükəsi sovuşanadək, Çinə səfər etməsinlər", - deyə şirkətin rəsmi məlumatında qeyd olunub.
Qeyd edək ki, bu günə olan məlumata əsasən, dünyada 95 min insan koronavirusa yoluxub. Bu şəxslərdən təxminən 80 min nəfəri Çin və Çinə yaxın ərazilərdə yaşayır. COVID-19 virusundan ölənlərin sayı isə 3,2 mindən çoxdur.