Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Əmək və Sosial Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti DOST mərkəzi ilə tanış olub (FOTO)

Rusiya Əmək və Sosial Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti DOST mərkəzi ilə tanış olub (FOTO)

Tarix: 25 May 2019 16:03

Bakı. Trend:

Ölkəmizə səfərə gəlmiş Rusiya Federasiyası Əmək və Sosial Müdafiə naziri Maksim Topilinin rəhbərlik etdiyi nümayəndə heyəti Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) DOST mərkəzi ilə tanış olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbsindən Trend-ə verilən məlumata görə, nazir Sahil Babayev qonaqlara məlumat verərək vurğulayıb ki, bu gün ölkəmizdə sosial sahədə aparılan islahatların əsas hədəflərindən biri də dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulmasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılan DOST Agentliyi də bu məqsədə xidmət edir. DOST layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi olmaqla, geniş əhatəyə malik sosial xidmətlərin “bir pəncərə”dən və şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsini nəzərdə tutur.

Qeyd olunub ki, Agentliyin artıq ilk DOST mərkəzi hər gün 350-dən artıq vətəndaşa xidmət edir. Hazırda DOST mərkəzində əmək, məşğulluq, sosial təminat sahələri üzrə 126 növdə xidmət göstərilir. 2019-25-ci illərdə bütün ölkə üzrə 31 DOST mərkəzi yaradılacaq və həmin mərkəzlər 2,8 milyon şəxsi xidmətlərlə təmin edəcək.

Rusiya nümayəndə heyəti əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat, pensiya, sosial sığorta, əmək münasibətləri, məşğulluq, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, həmçinin sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət xidmətləri və s. sahələr üzrə xidmət bölmələri ilə tanış olublar. Burada çalışan sosial agentlərin və könüllülərin iş funksiyalarını, müraciət edən vətəndaşlara xidmət göstərilməsi prosesini nəzərdən keçiriblər.

M.Topilin və nümayəndə heyətinin digər üzvləri DOST mərkəzinin onlarda maraq və gözəl təəssüratlar yaratdığını vurğulayıblar. Onlar ölkəmizin sosial sahədə bu mühüm islahat tədbirinin uğurlu innovativ yenilik olduğunu qeyd ediblər.

Sonra nümayəndə heyətinə Azərbaycanın əmək, məşğulluq, sosial təminat sahələrində elektron sistemlərinə, əhaliyə göstərilən e-xidmətlərə dair təqdimatlar edilib. Ölkəmizdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması sahəsində tədbirlər və icra olunan özünüməşğulluq proqramı ilə yanaşı, ünvanlı dövlət sosial yardımı və əlilliyin qiymətləndirilməsi üzrə elektron sistemlərin bu günlərdə Beynəlxalq Sosial Təminat Assosiasiyası tərəfindən xüsusi mükafatlara layiq görüldüyü də diqqətə çatdırılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Rusiya Əmək Sosial Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti DOST mərkəzi ilə tanış olub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ