Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2020 17:45
Son zamanlar ifa etdiyi bütün mahnılarında yalnızlıqdan, təklikdən bəhs edən Rəvan Qarayev "Şou ATV"də açıqlaması ilə diqqət çəkib.
Sonxeber.net xəbər verir ki, müğənni mahnılarının həyatı ilə çox bağlılığı olduğunu etiraf edib.
Rəvan yalnızlığı ilə barışa bilmədiyini deyib:
"Mən 3 ildir tək yaşayıram. Bütün işləri özüm görürəm. Ola bilsin tək yaşamağımdan, təkliyin çətinliyini gördüyüm üçün belə mahnılara üstünlük verirəm. Həyat belə gətirdi, mən tək qalmışam. Əslində, belə olmalı deyildi. Yəni, mahnılarımın da yalnızlıqdan bəhs etməyi bununla bağlıdır".
Qeyd edək ki, Rəvan ikinci həyat yoldaşı Günaydan 2017-ci ildə ayrılıb. İfaçının ilk evliliyindən 1, ikincidən də 1 qız övladı var. Müğənni boşanandan sonra daha evlənməyəcəyini söyləyib.
Məhəmməd Vaqif