Tarix: 25 May 2019 20:56
Arsen Venger yenidən məşqçiliyə başlaya bilər.Qol.az-ın "goal.com"a istinadən yaydığı xəbərə görə, Lukas Podolski, Andres İnyesta və David Vilyanın çıxış etdiyi "Vissel Kobe" klubu fransız mütəxəssislə yaxından maraqlanır. Hətta onların 69 yaşlı çalışdırıcıya 2.5 illik müqavilə və 4 milyon avro təklif etdiyi bildirilir. Klub rəhbərliyinin Vengeri seçməsinin əsas səbəblərindən biri də onun yapon dilini bilməsidir.
Qeyd edək ki, Venger ötən yay "Arsenal"dakı 22 illik məşqçilik karyerasına son qoyub.