Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Belarus gimnastı: Bakıda Aerobika gimnastikası üzrə Avropa Çempionatı möhtəşəm keçir

Belarus gimnastı: Bakıda Aerobika gimnastikası üzrə Avropa Çempionatı möhtəşəm keçir

Tarix: 25 May 2019 22:24

Bakı. Trend:

Bakıda Milli Gimnastika Arenasında çıxış etməkdən zövq alıram.

Bunu Trend-ə Bakıda keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatında iştirak edən belaruslu gimnast Darya Xoronenko deyib.

Gimnast bildirib: "Avropa Çempionatı möhtəşəm keçir. Zal çox gözəldir, təşkilatçılıq yüksək səviyyədədir. Azərbaycanlı azarkeşlərin bizi dəstəkləməsindən məmnunluq duyuram".

İdmançı Bakıya səfəri zamanı bir sıra maraqlı tarixi yerləri gəzdiyini də deyib:

"İçəri Şəhərdə oldum, ora çox gözəldir. Burada qədim və müasir memarlığın vəhdətini görmək olur. Bakı gözəl şəhərdir, burada dəniz var".

D.Xoronenko bu gün qrup hərəkətləri üzrə yarışlara qatılacaq.

Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir.

Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.

Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.

Xatırladaq ki, yarışın birinci günündə gənc gimnastlar mübarizə aparıblar. Azərbaycan gimnastları Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova aero-dans proqramı üzrə finala vəsiqə qazanıb.

Azərbaycan çempionatda 17 gimnastla çıxış edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Belarus gimnastı Bakıda Aerobika gimnastikası üzrə Avropa Çempionatı möhtəşəm keçir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ