Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Artıq qayınanayam” - Nura oğlunu evləndirir

“Artıq qayınanayam” - Nura oğlunu evləndirir

Tarix: 13 Mart 2020 09:55

Müğənni Nura Suri "7 canlı" verilişində qonaq olub.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, proqramın aparıcısı Vüsalə Əlizadə ifaçının bu yaxınlarda qayınana olacağını deyib:

"Demək olar ki, artıq qayınana olmuşam. Bir çoxları oğlum Davidi görür elə bilir ki, uşaqlarım balacadır. Mən çox erkən ailə qurmuşam. Camaat rəfiqələri ilə oynayanda, universitetdə oxuyanda mən uşaq bələyirdim. Böyük oğlumun artıq 24 yaşı var".

N.Sura aparıcının "İstəmirdin. Deyirdin ki, bəlkə o qızı almadım" sualına isə belə cavab verib:

"Məndən soruşan olmadı. Dedi ki, bəyənsən də, bəyənməsən də seçimim budur. Uşaqları elə böyütmüşəm ki, öz seçimini edə bilir. Öz ayaqları üzərində durmağı bacarır. 16 yaşında xaricə göndərmişəm, orada təhsillərini davam etdirib. İşləyir, pul qazanır. Öz istədiyi xanımla, hər şeyi öz pulu ilə edir. Mən nə deyə bilərəm".


Etiketlər:  Artıq qayınanayam Nura oğlunu evləndirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ